"Qərib Xəyal" kitabından mənalı misralar | Vüqar Biləcəri

 

Gəlir xəyalın hər gecə, nə yaxşı dindirir məni
Xəyal da olsa xoş gəlir, biraz sevindirir məni.

Qərib Xəyal, Vüqar Biləcəri

 


 

  • Heyranam bir Gülə, heyran ona cənnət bağı,
    Hurilər də ola bilməz atılan dırnağı...
  • Üzün gülür,gülər üzlüm,üzündə güllər açıb,
    Gözün gülür,qara gözlüm,gözündə güllər açıb.
    Dizin-dizin,könül,ol vadeyi məhəbbətdə,
    Sürünmüsən o qədər ki,dizində güllər açıb!
  • Gözünü qırpmadan sənçün öləni,
    Sən göz qırpımında atıb gedərsən
    Səni qəlb taxtında Yusif biləni
    Sən qul bazarında satıb gedərsən.
  • Bir qərib şam işığı, bir həzin hicran otağı
    Sənlə birlikdə keçən günlərə daldım sənsiz
                                    ***
    Ayrılıq bağçalarından sarı güllər dərdim,
    Sarı güllər kimi həsrətdə saraldım sənsiz..

  • Səni bir də sevmək üçün təzədən cavan olaydım,
    Qara tüstüdən çıxaydım, dönüb ağ duman olaydım.
                                         ***
    Cana can verəydin, ey can, canımız gələydi canə,
    Canı canan istəyəndə can içində can olaydım.
  • Apardı bir qərib xəyal,
    Yaman məni uzaqlara.
    Yadımda ən şirin qalan,
    O günlərə, o çağlara.
  • Fani dünya kimi dünyadakılar fani imiş,
    Nə könül sirdaşı varmış, nə də dərd ortağı.

 

Mən özüm ölsəm də, sevgim ölmədi,
Doldun bulud kimi, üzün gülmədi.
Xəyanət yükünü çəkə bilmədi,
Dağları çiynində aparan qadın.

Qərib Xəyal, Vüqar Biləcəri

"Qərib Xəyal" kitabından mənalı misralar | Vüqar Biləcəri Vuqar Bileceri
«Qərib Xəyal» kitabından mənalı misralar | Vüqar Biləcəri


 

  • O gün olsun ki, olaq bəzmi-vüsalında qonaq,
    Saqi vəslin-şərabından süzə peymanələrə.
  • Dişlərin ləblərin altında düzülmüş səf-səf,
    Kim atıb incilərin üstünə gül yarpağı?!
  • Eşq bazarına getdim,belə sevda etdim,
    Fərəhi,nəşəni satdım,kədər aldım sənsiz.
    Getmisən,badeyi-hìcran içirəm,ey daş ürək,
    Vəsl peymanəsini daşlara saldım sənsiz.
  • Oxunmamış kitab kimi
    Maraqlısan sətir-sətir,
    Güli-behiştdə naz edər,
    Saçından aldığım ətir,
    Gülümsə ruhumun gülü,
    Gülüşlərinlə yaz gətir,
    Gülüşlərin çiçəkləsin
    Bahar gələndə bağlara.
                  ***
    Əyilməyən vüqarı var,
    Düz iddialı aşiqin,
    Tutar vəfalı yar olan
    Əlin vəfalı aşiqin,
    Bu eşq həmən o eşqdir,
    İki bəlalı aşiqin,
    Birin qaçırtdı çöllərə,
    Birin çıxartdı dağlara.
  • Dənizin öz dili var, anlamaz insan o dili,
    Dalğalar söhbəti gizlincə həmahəng aparar.
  • Bəşəri xəlq edib, "əhsən" demiş Allah özünə,
    Tutmaz insan özü Allah qədər insanı əziz.
  • Bəsirət əhli görər surət içrə mənanı,
    O surətindəki mənaya lal olub,getdim.
  • Mən dərddən qorxmuram,səbrim mətindi,
    Qorxduğum yırtıcı tək həsrətindi.
    Dərin şairləri sevmək çətindi,
    Üzmək bacarmasan,batıb gedərsən.
  • İllərlə yaşatdım dəli sevda ürəyimdə,
    Bir sevgi coşub çağladı dərya ürəyimdə.
    Qəbr evinə gedincə yaşayar ta ürəyimdə,
    Ölməz bu məhəbbət, ölə bilməz, ölə bilməz.

 


 

Sənə əmanət eylədim
Gözümdən hər düşən yaşı.
Nəvaziş ilə davran, o
Yetim qalan uşaqlara.
Əsiri-dami-dərd olun,
Vəfa yolunda mərd olun.

Qərib Xəyal, Vüqar Biləcəri

 

 

0 şərh